Skip to main content

Visual Studio IDE

Visual Studio IDE

Related image
Proqram yazmaq üçün, bir proqramçıya əslində 3 şey lazımdır:
  1. Bir mətn redaktoru
  2. Müvafiq proqramlaşdırma dilinin kompilyatoru
  3. Kompilyasiyadan alınan nəticəni icra edən, sistemə yüklü işləmə mühərriki (CLR). Amma real dünyada proqram yazmaq üçün müəyyən vasitələrdən istifadə edirlər. Adi bir mətn redaktorunda, məsələn hamımıza doğma Notepad- da bir bəsit proqram yazdığımızı düşünək. Bu zaman tutaq ki, 4 ədəd sintaktik səhv etmişik və bundan xəbərimiz yoxdur. İndi həmin proqram kodunu, icra edə biləcəyimiz *.exe genişlənməsinə  malik bir fayla çevirməliyik, yəni kodu kompilyasiya etməliyik.


Kompilyasiya edəndə kompilyator həmin 4 dənə sintaktik səhvə görə kodların kompilyasiyasını başa çatdıra bilməyəcək və terminal pəncərəsində filan sətrin filan sütununda xəta var deyəcək. Bu zaman filan sətrin filan sütununu axtaracağıq və xətanı aradan qaldırıb kodları yenidən kompilyasiya etməyə çalışacağıq. Lap tutaq ki, proqramımız işlədi, çox gözəl. Bəs uzun bir proyekt yazmaq istəsəm, çox demirəm 100 sətirlik bir C# proqramını NotePad ilə yazmağa cəhd etmək tam olaraq dəlilikdir. Buna görə də proqram yazmaq üçün yüksək səviyyəli mətn redaktorlarından istifadə olunur hansı ki, bu redaktorlar kodlardakı sintaktik səhvləri avtomatik aşkar edir, xətaların altından qırmızı xətt çəkir və bu vəziyyətdə kodları kompilyasiya etməyə icazə vermir. Bu redaktorların işi ancaq  bununla bitmir, bizə vizual olaraq proqramşaldırma etməyə də imkan verir, proqram fayllarını tam nəzarətdə saxlayır, kodlarımıza hakim çıxır və işimizi dəfələrlə asanlaşdırır və daha nələr nələr... Bax bu kimi, proqram yazmaq üçün istifadə olunan mətn redaktorlarına deyilir IDE – Integrated Development Environment. Məsələn, Microsoft Visual Studio, Adobe Dreamweaver, Java Eclipse və s. Biz də C# dilində proqramları Visual Studio IDE - si ilə yazacağıq. Proqramı http://www.microsoft.com adresindən yükləyə bilərsiniz. Proqramı kompüterə quraşdırmaq adi bir proqramı quraşdırmaq kimi asandır, sadəcə lisenziya razılaşmasını qəbul edirsiniz və lazımi komponentlərin sistemə qurulmasını gözləyirsiniz. Proqramımızı kompüterə quraşdırdıqdan sonra onu icra edin, aşağıdakı kimi bir pəncərə ilə qarşılaşacaqsınız:
Bu pəncərəyə Başlanğıc Səhifə (Start Page) deyilir. Burada Visual Studio – nun yenilikləri ilə tanış ola bilərsiniz və s. Proqram yazmaq üçün əvvəlcə müvafiq işə uyğun proyekt yaratmalıyıq. Bir proyekt yaraqmaq üçün ya həmin bu başlanğıc səhifəsindən ―New project…‖ klikləyirsiniz, ya da File >> New >> Project yolunu izləyirsiniz. Açılan pəncərədə müxtəlif proyekt nümunələrini görə bilərsiniz. Qeyd edək ki, Visal Studio – nun hansı nəşrini istifadə etməyinizdən asılı olaraq, bu siyahıda göstərilənlərin sayı sizdə fərqli ola bilər.
Kənardan ―Visual C#‖ – ın optimizasiya olunduğuna diqqət edin. Əgər VS – ni ilk dəfə işə salırsınızsa, açılan pəncərədə sizə hansı proqramlaşdırma dilini seçməyiniz barədə seçim imkanı gəlir. Orada Visual C# - ı seçdiyinizdən əmin olun. Yuxarıdakı siyahı onu ifadə edir ki, C# proqramlaşdırma dili bizə bu proyektləri həyata keçirməyə imkan verir. Məsələn Windows sistemləri üçün ən məşhur proqramlaşdırma texnologiyası Windows Form Application, daha yüksək vizual qrafikaya malik proqramlar (məsələn 3D oyunlar) yazmaq üçün WPF – Windows Presentation Foundation Application, Console Application, Veb proqramlaşdırma üçün ASP.NET Web Forms Application ya da Microsoft – un yeni nəsil Veb proqramlaşdırma texnologiyası olan ASP.NET MVC Web Application kimi proyektləri hazırlaya bilərik. İstənilən proqramlaşdırma dili ən sadə struktura malik olan proqram növündə - konsolda öyrənilməyə başlayır. Eyniylə biz də C# dilini Console Application üzərindən öyrənəcəyik. Bir konsol proyekt yaratmaq üçün Console Application üzərində klikləyirsiniz və aşağıdan proyektinizə ad verirsiniz.   Məsələn,

―MenimIlkProqramim‖ adlı bir konsol proyekt yaradaq OK klikləyək:Beləliklə biz, Visual Studio ilə ilk proyektimizi yaratmış olduq. Hamızını təbrik edirəm!

Comments

Popular posts from this blog

If şərt ifadəsi

If şərt ifadəsi Biz proqramımızı işə salanda, proqramımız yuxarıdan aşağı doğru (Main metodundan başlayaraq) sətir-sətir icra olunmağa başlayır. Bəzən vəziyyət elə olur ki, proqramın müəyyən hissəsinin icra olunub – olmaması, hansısa şərtə bağlı olsun. Şəni müəyyən bir şərt daxlində poqramın bir hissəsi icra olunsun, ya da icra olunmasın. Bu kimi proqramın icra olunma axışını idarə edən ifadələr mövcuddur  ki, bu ifadələrə proqram kontrol ifadələri (program control statements) deyilir. Bunlardan biri if – dir. If bir idarə etmə ifadəsidir və vəzifəsi ondan ibarətdir ki, hansısa bir şərtin doğru olduğu təqdirdə, hansısa kodlar icra olunsun, əks halda   – şərt düzgün  olmadığı halda  həmin kodlar icra olunmasın  (if ifdəsini ―proqram kontrol ifadələri‖ bölməsində geniş öyrənəcyik). Bu ifadənin sintaktik şəkli belədir: if(şərt) { //Əməliyyatlar } Burada şərt doğru olsa (true) müvafiq əməliyyatlar icra olunur. Əks halda əməliy...

C# proqramlaşdırma dili (Giriş)

C# proqramlaşdırma dili C# proqramlaşdırma dilinə giriş Əvvəlcə qeyd edək ki, bu proqramlaşdırma dilinin adı C# - dır (C Sharp), və ―si-şarp‖ kimi tələffüz olunur. Əvvəlcə .NET Framework – un nə olduğunu qısa şəkildə aydınlaşdıraq. 2000-ci ilə qədər, proqramçı olmaq istəyən şəxslər, hansı proqramlaşdırma dilini seçməli olduqları haqqda ciddi tərəddüdlə qarşılaşırdılar. Çünki seçilən texnologiyanın mühitdən asılılığı, edəcəkləri işi, seçdikləri proqramlaşdırma dilinin nə dərəcədə ələ ala biləcəyi kimi faktorları nəzərə almaq lazım idi. Üstəlik, çoxlu sayıda fərqli sistemdən və fərqli arxitekturaya  malik kompüterlərdən ibarət internet dediyimiz virtual dünyada, veb tətbiqetmələr yazmaq lazım olduğunda, dillərin mühitdən asılılığı, proqramçıları lap boğaza yığırdı. Mühitdən asılılıq dedikdə, bir proqramlaşdırma dilində yazılan proqramın, sadəcə spesifik sistemlərdə və spesifik prosessorlar tərəfindən icra olunmağı başa düşülürdü. Fikirləşin, bir proqram yaz...

İkinci Bəsit Proqram

İkinci Bəsit Proqram İndi proqramda bir az dəyişiklik edək. Bir dəyişən təyin edək və buna qiymət mənimsədək . Bir dəyişənə qiymət mənimsətmə, proqramlaşdırma dillərindəki bəlkə də ən vacib əmliyyatlardan biridir. Dəyişənlər geniş bir şəkildə qeyd olunacaq. Hələki bəsit öyrənəcəyik. Dəyişən yaddaşın bir hissəsidir və sahib olduğu qiyməti bu yaddaş hissəsində saxlayır. Dəyişənin bir də tipi olur, tip dəyişənin nə kimi məlumatları özündə saxlayacağını təyin edir. Aşağıdakı proqrama baxaq: using System; class Program { static void Main() { int a; (1) a = 50; (2) Console .WriteLine( "a deyiseninin qiymeti: " + a); (3) Console .ReadKey(); } } Proqramı icra etdikdə nəticə belə olur: (1) sətrindəki int a; ifadəsi bir dəyişən təyin edir və bu dəyişənə ―a‖ adını verir. Bu dəyişənin tipi isə int- dir, yəni tam tip. Beləliklə yaddaşda (RAM) int tipinin xarakteristikalarına malik 4 bayt yer ayrılır və bu yaddaş sahəsinə ―a‖ adı verilir. (2) sətri...