If şərt ifadəsi Biz proqramımızı işə salanda, proqramımız yuxarıdan aşağı doğru (Main metodundan başlayaraq) sətir-sətir icra olunmağa başlayır. Bəzən vəziyyət elə olur ki, proqramın müəyyən hissəsinin icra olunub – olmaması, hansısa şərtə bağlı olsun. Şəni müəyyən bir şərt daxlində poqramın bir hissəsi icra olunsun, ya da icra olunmasın. Bu kimi proqramın icra olunma axışını idarə edən ifadələr mövcuddur ki, bu ifadələrə proqram kontrol ifadələri (program control statements) deyilir. Bunlardan biri if – dir. If bir idarə etmə ifadəsidir və vəzifəsi ondan ibarətdir ki, hansısa bir şərtin doğru olduğu təqdirdə, hansısa kodlar icra olunsun, əks halda – şərt düzgün olmadığı halda həmin kodlar icra olunmasın (if ifdəsini ―proqram kontrol ifadələri‖ bölməsində geniş öyrənəcyik). Bu ifadənin sintaktik şəkli belədir: if(şərt) { //Əməliyyatlar } Burada şərt doğru olsa (true) müvafiq əməliyyatlar icra olunur. Əks halda əməliy...