Skip to main content

Posts

If şərt ifadəsi

If şərt ifadəsi Biz proqramımızı işə salanda, proqramımız yuxarıdan aşağı doğru (Main metodundan başlayaraq) sətir-sətir icra olunmağa başlayır. Bəzən vəziyyət elə olur ki, proqramın müəyyən hissəsinin icra olunub – olmaması, hansısa şərtə bağlı olsun. Şəni müəyyən bir şərt daxlində poqramın bir hissəsi icra olunsun, ya da icra olunmasın. Bu kimi proqramın icra olunma axışını idarə edən ifadələr mövcuddur  ki, bu ifadələrə proqram kontrol ifadələri (program control statements) deyilir. Bunlardan biri if – dir. If bir idarə etmə ifadəsidir və vəzifəsi ondan ibarətdir ki, hansısa bir şərtin doğru olduğu təqdirdə, hansısa kodlar icra olunsun, əks halda   – şərt düzgün  olmadığı halda  həmin kodlar icra olunmasın  (if ifdəsini ―proqram kontrol ifadələri‖ bölməsində geniş öyrənəcyik). Bu ifadənin sintaktik şəkli belədir: if(şərt) { //Əməliyyatlar } Burada şərt doğru olsa (true) müvafiq əməliyyatlar icra olunur. Əks halda əməliy...
Recent posts

"for" dövr ifadəsi

for dövr ifadəsi Proqramın axışını idarə edən növbəti kontrol ifadələrindən biri də dövr  ifadələridir. Bəzən vəziyyət elə olur ki, poqramda bir əməliyyatı müəyyən sayda yerinə yetirmək – təkrar icra etmək lazım gəlir. Bunu etmək üçün qətiyyən ağlınıza, həmin təkrarlanacaq kodları yenidən alt-alta yazmaq üsulu gəlməsin. Bu çox mənasızdır. Bir fikirləşin, ―salam‖ sözünü ekrana 50 dəfə yazmaq üçün, Console.WriteLine(―salam‖); sətrini 50 dəfə yazası deyilsiniz ki? Özü də bəzən təkrarlamaların sayı, əvvəlcədən məlum olmur. Bax bu kimi bir işi dövrə salaraq təkrarən yerinə yetirmək üçün dövr kontrol ifadələrindən istifadə olunur. Bu ifadələrdən biri də for – dur. for ifadəsinin ən çox istifadə olunan sintaktik şəkli aşağıdakı kimidir: for(dövr dəyişəni; şərt; dövr dəyişənin artımı) { Əməliyyatlar... } Burada dövr dəyişəni dövrü idarə edən dəyişəndir. Şərt hissəsi, dövrün şərtidir, yəni nə qədər ki bu şərt düzgündür, əməliyyatlar durmadan təkrar-təkrar icra olunur. Və ...

İkinci Bəsit Proqram

İkinci Bəsit Proqram İndi proqramda bir az dəyişiklik edək. Bir dəyişən təyin edək və buna qiymət mənimsədək . Bir dəyişənə qiymət mənimsətmə, proqramlaşdırma dillərindəki bəlkə də ən vacib əmliyyatlardan biridir. Dəyişənlər geniş bir şəkildə qeyd olunacaq. Hələki bəsit öyrənəcəyik. Dəyişən yaddaşın bir hissəsidir və sahib olduğu qiyməti bu yaddaş hissəsində saxlayır. Dəyişənin bir də tipi olur, tip dəyişənin nə kimi məlumatları özündə saxlayacağını təyin edir. Aşağıdakı proqrama baxaq: using System; class Program { static void Main() { int a; (1) a = 50; (2) Console .WriteLine( "a deyiseninin qiymeti: " + a); (3) Console .ReadKey(); } } Proqramı icra etdikdə nəticə belə olur: (1) sətrindəki int a; ifadəsi bir dəyişən təyin edir və bu dəyişənə ―a‖ adını verir. Bu dəyişənin tipi isə int- dir, yəni tam tip. Beləliklə yaddaşda (RAM) int tipinin xarakteristikalarına malik 4 bayt yer ayrılır və bu yaddaş sahəsinə ―a‖ adı verilir. (2) sətri...

Ilk Bəsit Proqram

Ilk Bəsit Proqram Artıq bir proqram yazmağın vaxtı gəldi, çatdı. Yuxarıda göstərilən qaydada bir konsol proyekt yaratdığınızda Visual Studio sizə mətn redaktə pəncərəsini aşağıdakı kodlarla birlikdə təqdim edəcək: using System; using System.Collections.Generic; using System.Linq; using System.Text; namespace MenimIlkProqramim { class Program { static void Main( string [] args) { } } } Bu kodları aşağıdakı kimi dəyişdirin: using System; class Program { static void Main() { } } Kodlardakı bəzi hissələri sildik, çünki bizə hələki lazım olmayan bölümləri təmizlədik. Çox kod gözünüzü qorxutmasın deyə.  Bu bir neçə sətir kod, ən bəsit şəkildə proqram yazağa hələki kifayət quruluşa malikdir. İndi izahata keçməmiş, Main() metodunun (metod nə olduğunu hələki bilmirik) gövdəsinə Console.WriteLine(―Salam, dunya!‖); sətrini əlavə edək. Kodlar aşağıdakı kimi olacaq: using System; class Program { static void Main() { Console .WriteL...